C.Cabbarlı adına Respublika Gənclər kitabxanası

F.Köçərli adına Respublika Uşaq kitabxanası

Rusiya Dövlət Uşaq kitabxanası

Kitabxananın tarixi

      Bakı şəhərində fəaliyyət göstərən ən qədim kitabxanalardan olan M.Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanası 1889–cu ildə Bakı şəhər Duması tərəfindən yaradılmışdır. İlk əvəllər kitabxana yalnız ali çinovliklərə, şəhər idarəsinin qulluqçularına və onların uşaqlarına xidmət göstərirdi. O dövrlər kitabxana 2 min 739 nüsxə kitab və qəzet fondu mövcud olmuşdur. 1889-cu ildə şəhər dumasının qərarı ilə rus tənqidçisi V. Q. Belinskinin adını əbədiləşdirmək üçün kitabxanaya onun adı verilir. Kitabxananın fondu tədricən artaraq 1917-ci ildə 85 min 57 nüsxə təşkil etmişdir. 1918-ci ildə Bakı Xalq Maarif Şöbəsi yanında 226 min 960 nüsxə kitab fonduna malik kitabxana mövcud idi. Bu kitabxanalardan biri Belinski adına kitabxana idi. Bu kitabxana o dövrlər “Belinski adına III Sovet kitabxanası” adlanırdı.
      Keçmiş Bakı şəhər Mədəniyyət İdarəsinin tabeçiliyində olarkən kitabxana Bakı şəhərdə olan uşaq kitabxanalarına metodik rəhbərlik işini həyata keçirirdi.
      1965-ci ildə kitabxanaya Mərkəzi Şəhər Uşaq Kitabxanası statusu verilmişdir.
      1991-ci ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə kitabxanaya görkəmli uşaq şairi Mirmehdi Seyidzadənin adı verilmişdir.
      Kitabxana fondunun ümumi həcmi: 95 min 456 nüsxə, oxucularının ümumi sayı isə 16 min 35 nəfərdir.
      Kitabxananın fondunda azərbaycan, rus, ingilis dillərində kitabların düzülüşü öz əksini tapmışdır. Kitabxana uşaq kitabxanası olduğu üçün fondun əsas hissəsini latın qrafikası ilə yazılmış uşaq ədəbiyyatları, digər hissəsini ensiklopediyalar, klassiklərin əsərləri təşkil edir.

Kitabxananın tarixi

Tədbirlər

Elektron kitabxana

Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası

Teatrlarımızda

Bu gün satışda

Hədiyyəli viktorina

Ana Vətən - Azərbaycan

Əlaqə