|
“Hərənin öz aləmi, öz taleyi”
3 Dekabr 2011 – ci il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab Mağazasında “Əlillər günü”nə həsr olunmuş “Hərənin öz aləmi, öz taleyi” adlı söhbət keçirildi. Tədbirdə Azərbaycan Yardım Təşkilatı, Ailələrə Dəstək Mərkəzinin (United Aid For Azerbaijan) işçiləri, xüsusi ehtiyaclı uşaqlar (əlil uşaqlar), valideynlər,
Nəsimi rayon N. Axundov adına 1 saylı orta məktəbin VIII və IX sinif şagirdləri və kitabxana kollektivi iştirak etdi. Söhbəti Kütləvi Tədbirlər şöbəsinin müdiri Məmmədova Sevda açıq elan etdi. Sonra söhbəti UAFA – nın valideyn birliyinin sədri Xələfova Zəhra xanım davam etdirdi. Zəhra xanım ilk olaraq öz mərkəzləri, qarşılarına qoyduqları məqsədlər haqqında və eləcə də, xüsusi ehtiyaclı uşaqların (əlil uşaqlar) fitri istedadlarından danışdı. Zəhra xanım bildirdi ki, UAFA təşkilatı əsas diqqəti uşaqlar, səhiyyə və təhsilə verməklə Azərbaycanda həyatın uzun müddətli inkişafına yardım göstərmək missiyasını öz üzərinə götürərək 1998 – ci ildə yaradılmışdır. UAFA bir ölkədə fəaliyyət göstərməkdə ixtisaslaşmış beynəlxalq QHT kimi özünəməxsus təşkilatdır. Təşkilatın mərkəzi qərargah işçiləri məvacib almır və o, yerli QHT kimi ölkədaxili qaydalar çərçivəsində fəaliyyət göstərir. UAFA – nın əsas məqsədləri: Dövlət qayğısında olan uşaqların sayının azaldılması (qeyri - müəssisələşmə), müəssisələrdə qayğı səviyyəsinin yüksəldilməsi (Qayğı və Xidmət səviyyəsinin yüksəldilməsi), xüsusi ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin inkişafıdır.
Bundan başqa, tədbirdə iştirak edən valideynlərə də söz verildi. Onlar, öz validenylik borclarından danışaraq bildirdilər ki, bu cür uşaqlar xüsusi qayğıya daha çox ehtiyac duyurlar və hər bir vətəndaşımızın borcudur ki, bu uşaqlara diqqəti əsirgəməsinlər.
Söhbət uşaqların təqdim etdikləri əl işlərinin sərgisi ilə davam etdi. Tədbir iştirakçıları göstərilən əl işlərinə böyük maraq göstərdilər. Hətta, əl işlərinin satışı da təşkil olundu, həmçinin UAFA – nın işçisi Zəhra xanım uşaqların adından kitabxanamıza maraqlı rəsm əsərləri hədiyyə etdi.
Sonda kitabxana kollektivi adından uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkildi.
20 il Müstəqillik yollarında
12 Oktyabr 2011 – ci il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon, Sahil bağında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 – ci illiyinə həsr olunmuş
“20 il Müstəqillik yollarında” adlı kitab sərgisi keçirilmişdir. Kitab sərgisində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov,
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinın rəisi Əlikram Əliyev, M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi Kitab satış mağazası, Səbail rayon MKS – in filial müdirləri və filial kitabxanalar, əməkdaşları, nəşriyyatlar, kitab mağazaları, Səbail rayon orta və ali məktəblərinin kollektivləri, Badamdar qəsəbə Mədəniyyət evi, Səbail rayon 2 və 3 saylı musiqi məktəblərinin şagirdləri, rayon ictimaiyyəti, Nəsimi rayon N. Axundov adına 1saylı orta məktəbin və 8 saylı klassik litseyin şagirdləri iştirak etmişdirlər. Sərgidə kitabxana kitablarının sərgisi ilə yanaşı kitabların satışı da təşkil olunmuşdur. Bundan başqa, kitab sərgisində İncəsənət gimnaziyasının və Ə.Əzimzadə adına kollecin tələbələri, müxtəlif sənətkarlar, “Bəzək” Yaradıcı İnsanlar Birliyinin nümayəndələri də iştirak edərək, əl işlərini nümayiş etdirmişdirlər.
Kitab sərgisində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası ilə Nəsimi rayon N. Axundov adına 1saylı orta məktəb və 8 saylı klassik litsey şagirdlərinin birgə hazırladığı şeirlər təqdim olunmuşdur. N. Axundov adına 1saylı orta məktəbin şagirdləri: Mustafazadə Şövkət və Ələsgərova Fatimə S. Rüstəmin “Azərbaycanım”, Kərimli Yusif “Heydər baba”, Məmmədzadə Elvira və Təranə Ramiz Duyğunun “Təki Vətən yaşasın” şeirini, 8 saylı klassik litseyin şagirdləri Fərzani Aygün Qəşəm Çıraqlının “Ordu marşı”, Məmmədov Elmar Tofiq Bayramın “Azərbaycan deyəndə”, Ağayev Mahmud və Zəncani Məryəm B. Vahabzadənin “Bayraq” şeirini tədbir iştirakçılarına təqdim etmişdilər.
Tədbir boyunca təqdim olunan bədii hissədə Badamdar mədəniyyət evinin Xalq çalğı alətləri ansamlı, Səbail rayon musiqi məktəblərinin xor kollektivləri, tar, kamança, nağara və kanondan ibarət ansamıl, nağaraçalanlar ansamblı çıxış etmiş, xalq rəqslərimiz təqdim olunmuşdur.
Müstəqilliyimiz əbədidir
20 Sentyabr 2011 – ci il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kityabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab mağazasında 18 Oktyabr Müstəqillik gününə həsr olunmuş
“Müstəqilliyimiz əbədidir”
adlı dəyirmi masa arxasında söhbət keçirilmişdir. Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları – böyük elmi işçi N. Yusifova və K. Dadaşova, Səbail rayon MKS – in əməkdaşlarından direktor müavini Əliyeva Rəhilə , Səmədova Cəmilə, Əliyeva Səkinə, 1 saylı filialın müdiri Abbasova Gülşən , Səbail rayon N. Axundov adına 1 saylı orta məktəbin IX sinif şagirdləri, Nəsimi rayon 8 saylı klassik litseyin II sinif şağırdləri və kitabxana kollektivi iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlidikdən sonra 2 saylı filialın müdir müavini Gülparə Guliyeva tədbiri açıq elan etdi. Bundan sonra N. Axundov adına 1 saylı orta məktəbin IX sinif şagirdlərindən Kərimli Yusif “Müstəqilliyimiz əbədidir” adlı məruzəni, Şövkət və Fatimə isə S. Rüstəmin “Azərbaycan” şeirini, 8 saylı klassik litseyin II sinif şagirdi Elmar Tofiq Bəhramın “Azərbaycan deyəndə” adlı şerini tədbir iştirakçılarına təqdim etdilər. Daha sonra AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı böyük elmi işçi Yusifova Nardanə, Səbail rayon MKS – in direktor müavini Əliyeva Rəhilə çıxış etdi. Dəyirmi masa arxasında söhbət Müslim Maqomayevin “Azərbaycan” musiqisinin sədaları altında yekunlaşdı.
Sərgilər
M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab Mağazasında sentyabr ayı ərzində bilik gününə və musiqi gününə həsr olunmuş sərgi qarşısında söhbət keçirilmişdir.
15 sentyabr 2011 – ci il tarixində Kütləvi Tədbirlər Şöbəsində
“Məktəbə gedəcəm mən də bu gündən”
başlığı altında sərgi qarşısında söhbət keçirildi. Söhbətdə bir çox tədris ocaqlarının şagirdləri iştirak etmişdir. Şagirdlərə bilik günü haqqında məlumat verilərək, yazıçı və şairlərimizin bilik gününə, təhsilə həsr olunmuş şeirləri səsləndirildi.
16 Sentyabr 2011 – ci il tarixində Kütləvi Tədbirlər Şöbəsində
“Musiqi tariximiz”
başlığı altında sərgi qarşısında söhbət keçirildi. Söhbətdə iştirak edən hər bir şagirdə musiqi mədəniyyətimizdən, onun yarana tarixindən, musiqimizin banisi olan Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından, əsərlərindən məlumat verildi. Gün ərzində kitabxana – mağazada Üzeyir Hacıbəyovun əsərləri səsləndirildi.
Sərgilər
M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab mağazasında avqust ayı ərzində müxtəlif mövzularda sərgilər keçirilmişdir. 1 Avqust 2011 – ci il tarixində
“Dilimizi yaşadaq”
başlığı altında Kütləvi Tədbirlər Şöbəsində sərgi qarşısında söhbət keçirildi. Söhbətdə 20 oxucuya dilimizin tarixi, saflığı, təmizliyi və Azərbaycan dilinə həsr olunmuş əsərlər haqqında məlumat verildi.
12 Avqust 2011 – ci il tarixində yazıçı Ələviyyə Babayevanın 90 illiyinə həsr olunmuş
“Zərif duyğular müəllifi”
başlığı altında Kütləvi Tədbirlər Şöbəsində sərgi qarşısında söhbət keçirildi. Söhbətdə 16 oxucuya yaxıçı Ələviyyə Babayevanın həyat - yaradıcılığı haqqında məlumat verildi.
22 avqust 2011 – ci il tarixində Kütləvi Tədbirlər Şöbəsində oxucuların sevimli yazıçılarından olan, əsərləri həmişə maraqla oxunan Seyfəddin Dağlının 90 illiyinə həsr olunmuş
“Qələmi güclü yazıçı”
başlığı altında sərgi qarşısında söhbət keçirildi. Söhbətdə 12 oxucuya Seyfəddin Dağlının həyat və yaradıcılığı haqqında danışıldı.
“Kitab bayramı – 2011”
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin IV Ümumrespublika ənənəvi kitab bayramı çərçivəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə 27 May 2011 – ci il tarixində Filarmoniya bağında “Kitab bayramı – 2011 ” sərgisinin açılış mərasimi keçirilmişdir. Sərgidə M. Seyidzadə adına Mərkəzi şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası ilə yanaşı, kitabxanalar, nəşriyyatlar, kitab mağazaları da iştirak etmişdi. “Kitab bayramı - 2011” sərgisində əsas məqsəd - kitabxana kitablarının oxucular arasında təbliğini və prezident sərəncamına əsasən latın əlifbası ilə müxtəlif mövzular üzrə yenidən nəşr olunan
(din, mədəniyyət, tarix, fəlsəfə və s.) ədəbiyyatların satışını təşkil etməkdir. Bayrama şəhər sakinləri, kitab həvəskları ilə yanaşı, yazıçılar, tənqidçilər, ədəbiyyat adamları, naşirlər də qatılıblar. Həmçinin, yarmarkada oxucular yazarlarla birbaşa təmasda olmaq şansı qazanıblar.
Bu il ilk dəfə olaraq Bakı Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin internet saytlarının təqdimatı da olub.
Azərbaycanda “Turizm tarixi”
25 aprel 2011- ci il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi Kitab mağazasında Turizm ili ilə əlaqədar
“Azərbaycanda – Turizm tarixi ”
başlığı altında seminar keçirildi. Seminarda M. S. Ordubadinin xatirə muzeyinin əməkdaşları – Məmmədova Səidə (baş mühafizəçi), Vəliyeva İradə (elmi işçi),
Mehdiyeva Laçın (bələdçi), Bakı şəhər Beynəlxalq İnformasiya və Turizm şöbəsinin əməkdaşları – Məmmədova Günel, Abbasova Səidə, Həsənov Vüsal, Rzayev Kamal, 525 – ci qəzetinin müxbiri – Hüsniyyə İsmətqızı, Nəsimi rayon N. Axundov adına 1 saylı orta məktəbin və Səbail rayon 8 saylı klassik litseyin şagirdləri və kitabxana kollektivi iştirak etmişdi.
Kitabxananın müdiri Rəhilə xanım Rzayeva seminarı açıq elan etdikdən sonra M. S. Ordubanin xatirə muzeyinin əməkdaşı – Vəliyeva İradə və Bakı şəhər Beynəlxalq İnformasiya və Turizm şöbəsinin əməkdaşı – Məmmədova Günel turizmin tarixi, inkişafı, həmçinin respublikada turizmlə əlaqədar baş verən yeniliklər haqqında seminar iştirakçılarına məlumat verdilər. Bundan sonra seminarda ildən ilə ölkəmizdə turizmə olan marağın artmasından, xarici qonaqların respublikamıza axınından, turizm məkanlarından və eləcə də müxtəlif mövzularla bağlı müzakirələrlə davam etdi.
Novruz Azərbaycan Xalqının Milli Bayramıdır!
15 Mart 2011 – ci il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi Kitab Mağazasında milli bayramımıza həsr olunmuş
Novruz Azərbaycan Xalqının Milli Bayramıdır!
adlı ədəbi – bədii gecə keçirilmişdir.
Tədbirdə Səbayel rayon N. Axundov adına 1 saylı orta məktəbin və 8 saylı klassik litseyin I və II sinif şagirdləri və müəllim heyəti, Nəsimi rayon 29 saylı körpələr evi – uşaq bağçasının müəlliməsi və bağça uşaqları, valideynlər, kitabxananın direktoru və kitabxananın işçiləri iştirak etmişdir. Novruzun rəmzi sayılan kosa və keçəl öz maraqlı çıxışları ilə tədbiri açıq elan etdilər. Ardınca məktəb şagirdlərinin və bağça uşaqlarının ifasında bir – birindən maraqlı Novruz adət - ənənəsi ilə bağlı səhnəciklər göstərildi.
Bundan başqa sevimli nağıl qəhrəmanlarından olan Cırtdan özünün div üzərindəki qələbəsindən deyil, Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən danışdı, onun kimi qəhrəmanlıq göstərmək istədiyini bildirdi, Tıx – Tıx xanım isə daha çobandan qorxmadığını, öz hüquqlarını bildiyini və hər kəsi də bilməyə səslədi.
Tədbir boyunca bir – birindən şən musiqilər səsləndi və rəqslər təqdim olundu. Tədbirin sonunda kitabxananın direktoru Rəhilə xanım tədbir iştirakçılarını bir daha bayram münasibətilə təbrik edərək, onlara öz təşəkkürünü bildirdi və hədiyyələr təqdim etdi. Azərbaycanın milli rəqsi Yallı ilə “Novruz Azərbaycan Xalqının Milli Bayramıdır!” adlı ədəbi – bədii gecə yekunlaşdı.
Gözəl sənətkar, nəcib insan!
11 Noyabr 2010 – cı il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında görkəmli uşaq şairi - M. Seyidzadənin anadan olmasının 103 illiyinə
həsr olunmuş dəyirmi masa arxasında söhbət keçirilmişdir. Söhbətdə N. Axundov adına 1 saylı orta məktəbin VI və VII sinif şagirdləri, valideynlər və kitabxana
kollektivi iştirak etmişdir. İlk olaraq, M. Seyidzadənin sözlərinə bəstələnmiş “Gün çıx” mahnısı səsləndirildikdən sonra kitaxananın direktoru Rəhilə xanım Rzayeva tədbiri açıq elan etdi. Daha sonra kitabxananın işçisi
Ş. Məmmədova görkəmli uşaq şairi M. Seyidzadənin həyat və yaradıcılığından,
tərcümə sahəsindəki fəaliyyətindən söhbət açaraq tədbir iştirakçılarını məlumatlandırdı. Dəyirmi masa arxasındakı söhbəti N. Axundov adına 1 saylı orta məktəbin VI və VII sinif şadirləri davam etdirdilər. Onlar M. Seyidzadənin yazdığı “Sevimli şair”, “Ürək sözləri”, “Əmr etsə Vətən”, “Xatırlayarsan məni” və s. şeirlərini səsləndirdilər.
Bir kərə yüksələn bayraq bir daha enməz!
9 Noyabr 2010 – cu il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab Satış Mağazasında 9 Noyabr Bayraq gününə həsr olunmuş icmal keçirilmişdir. Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Səbinə xanım Məmmədova, N. Axundov adına 1 saylı orta məktəbin VIII sinif şagirdləri, valideynlər və kitabxana kollektivi iştirak etmişdir. İcmal Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra kitabxananın direktoru Rəhilə xanım Rzayeva 9 Noyabr Bayraq gününün əhəmiyyətindən danışdı. Kitabxananın işçisi S. Məmmədova 1918 – ci il 21 İyun qərarına əsasən Azərbaycan Respublikasının ilk Dövlət Bayrağı eləcə də, üçrəngli bayrağımızın simvolları haqqında məlumat verdi. Daha sonra N. Axundov adına 1 saylı orta məktəbin VIII sinif şagirdi Kərimov Yusif “Bayraq” adlı şeiri səsləndirdi. Kitabxananın işçisi Ş. Məmmədova isə ÜÇRƏNGLİ MİLLİ BAYRAĞIMIZIN yaranması tarixindən və milli bayrağımızın millətimizin, dövlətimizin, şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin əbədi rəmzi olduğunu bildirən “Milli Bayrağımızın Tarixi” adlı məruzəni icmal iştirakçılarına təqdim etdi. İcmalın sonunda N. Axundov adına 1 saylı orta məktəbin VIII sinif şagirdlərinin ifasında “Çırpınırdı Qara dəniz” adlı ədəbi – bədii kompozisiya səsləndirildi.
Respublika günü
(28 May ADR - in yaranması)
1918 – 1920 – ci illlər
27 May 2010 – cı il tarixində M. Seyidzadə adına M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab Satış Mağazasında
28 May Respublika gününə
həsr olunmuş icmal keçirilmişdir. İcmalda N. Nərimanov adına ev muzeyinin direktor müavini Ramiz müəllim, muzeyin elmi işçisi Rəna xanım, N. Axundov adına 1 saylı orta məktəbin V və VII a sinif şagirdləri valideynlər və kitabxana kollektivi iştirak etmişdir. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Sonra tədbiri kitabxananın direktoru Rəhilə xanım açıq elan edərək, sözü N. Nərimanov adına ev muzeyinin elmi işçisi Rəna xanıma verdi. Rəna xanım Azərbaycan Demokratik Respublikasının yaranmasından, onun yaradılmasında böyük əməyi keçmiş ictimai xadimlərdən, onların keçdikləri keçməkeşli həyat yollarından, eləcə də Şərqdə ilk Demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin tariximizdə qoyduğu dərin izlərdən geniş söhbət açdı. Sonra söz N. Axindov adına 1 saylı orta məktəbin V və VII a sinif şagirdlərinə verildi. Onların ifasında Respublika gününə həsr olunmuş ədəbi – bədii kompazisiya göstərildi. Sonda muzeyin direktor muavini Ramiz müəllim və elmi işçi Rəna xanım icmal iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Kitab bayarmı
26 May 2010 - cı il tarixində Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası qarşısındakı bağda
“ Kitab bayramı – 2010 ” kitab sərgisi keçirilmişdir. Sərgidə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsi və M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası ilə yanaşı Bakıda fəaliyyət göstərən kitab mağazaları, kitabxanalar və nəşriyyatlar da iştirak etmişdir. Sərgidə əsas məqsəd kitabxana kitablarının sərgisini təşkil eədərək oxucularla yaxından tanış etməklə yanaşı kitab mağazaları və nəşriyyat kitablarının satışını təşkil etmək idi. Tədbiri Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev açıq elan edərək, kitabsevərləri bayram münasibətilə təbrik etdi. Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva, Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektor müdiri Lətifə Məmmədova, Elçin, Natiq Rəsulzadə, Asif Çəngərli, Vahid Əziz kimi görkəmli yazıçılarımız və b. iştirak etmişdirlər. “Kitab bayramı – 2010”da Bakı şəhər musiqi məktəbləri və mədəniyyət evlərinin kollektivləri, Bakı Uşaq Teatrı, “Cəngi”, “Aysel” və “Şəms” rəqs qrupları musiqi nömrələri ilə çıxış etdilər. M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının və N. Axundov adına 1 saylı orta məktəbin birgə hazırladığı “Sehirli kitabxana” adlı səhnəcik V a sinif şagirdlərinin ifasında təqdim edildi. Həmin məktəbin VII a sinif şagirdləri isə kitab bayramına həsr olunmuş şeirlər səsləndirdilər.
“Odlu – alovlu illərin əks – sədası”
6 May 2010 - cı il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında 9 May Qələbə gününə həsr olunmuş “Odlu – alovlu illərin əks – sədası” adlı dəyirmi masa arxasında icmal keçirilmişdir. İcmalda kitabxana kollektivi ilə yanaşı N. Axundov adına 1 saylı orta məktəbin sinif şagirdləri iştirak etmişdir. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra kitabxananın direktoru Rəhilə xanım tədbiri açıq elan etdi. Daha sonra kitabxananın işçisi II Dünya Müharibəsi tarixindən danışdı. 1 saylı orta məktəbin şagirdlərinin ifasında isə 9 May Qələbə gününə həsr olunmuş şeirlər səsləndirildi.
7 May 2010 – cı il tarixində isə Heydər Əliyevin anadan olmasının 87 ci illiyinə həsr olunmuş “Tarixin ölməz dahisi” adlı dəyirmi masa arxasında icmal keçirilmişdir. Ağadadaş Ağayevin ifasında “Elegiya” adlı mahnı səsləndirildikdən sonra kitabxananın direktoru Rəhilə xanım tədbiri açıq elan etdi. Daha sonra 1 saylı orta məktəb şagirdlərinin ifasında “Tarixin ölməz dahisi” ədəbi – bədii kompazisiya təqdim edildi.
Vətən Xocalıdan başlanır!
25 Fevral 2010 – cu il tarixində M. Seyidzadə
adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında Xocalı faciəsinin XVIII il dönümünə həsr olunmuş “Vətən Xocalıdan başlanır” adlı dəyirmi masa arxasında icmal keçirilmişdir. İcmalda Xocalı sakini, müharibə veteranı “Xocalı soyqırımı tanıtma ictimai birliyi”nin sədr müavini Xəlil Vəliyev və Rəhman Zülfüqarov,
Namiq Axundov adına 1 saylı orta məktəbin VII və IV a sinif şagirdləri, valideynlər və kitabxana kollektivi iştirak etmişdir. Dəyirmi masada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Xocalı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbir kitabxananın direktoru Rəhilə xanım Rzayevanın çıxışı ilə açıq elan edildi. Kitabxananın işçisi Məmmədova Şəfa Xocalı faciəsinin tarixi, şəhidləri haqqında ümumi məlumat verdiqdən sonra Namiq Axundov adına 1 saylı orta məktəbin VII a sinif şagirdlərinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş “Vətən Xocalıdan başlanır” adlı ədəbi – bədii kompazisiya səsləndirildi. IV a sinif şagirdinin ifasında “Xocalı” adlı şeir tədbir iştirakçılarına təqdim edildi. İcmal Xocalı sakinləri Xəlil Vəliyev və Rəhman Zülfüqarovun görüb,
şahid olduqları hadisələrlə bağlı xatirələri ilə davam etmişdir.
Əbədi məşəl!
18 Yanvar 2010 – cu il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında 20 Yanvar faciəsinin 20 illiyinə həsr olunmuş “Əbədi məşəl” adlı dəyirmi masa arxasında icmal keçirilmişdir. İcmalda Bül-Bül Memorial Muzeyinin əməkdaşı Adilə xanım, 1 saylı orta məktəbin 4a sinif şagirdləri və valideynlər, Bakı Mədəni – Maarif Teknikumunun “Kitabxanaçı – Biblioqrafiya” fakültəsinin tələbələri, kitabxananın direktor və kollektivi iştirak etmişdir. İcmal Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri kitabxananın direktoru R. Rzayevanın çıxışı ilə davam etdi. Kitabxananın işçisi Məmmədova Ş. “Hərənin bəxtinə bir vətən düşüb” başlıqlı yazını icmal iştirakçılarına təqdim edərək, Qanlı gecədə həlak olmuş şəhidlər haqqında ümumi məlumat verdi. Sonra Bakı Mədəni – Maarif Texnikumunun tələbələri və 1 saylı orta məktəbin 4a sinif şagirdlərinin ifasında şeirlər, ədəbi – bədii kompazisiya təqdim edildi.
Şaxta Babanın Nağıl qəhramanları ilə
Yeni il sərgüzəştləri.
25 – 26 Dekabr 2009 – cu il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab Satış Mağazasında
Şaxta Babanın Nağıl qəhramanları ilə Yeni il sərgüzəştləri
adlı tədbir keçirilmişdir. Tədbirdə Şaxta Baba və 29 saylı körpələr evi – uşaq bağçasının uşaqları, valideynlər, kitabxana işçiləri iştirak etmişdir. 29 saylı körpələr evi – uşaq baxçasının uşaqları sevimli nağıl qəhramanlarının personajlarına çevrilərək Şaxta Baba ilə birlikdə kitabxana - mağazaya gələn oxucu və alıcıları qarşılamışdılar. Bu kitabxana – mağazaya gələn uşaqları əyləndirməklə yanaşı, onlara bayram sevinci yaşatmışdır. Balaca dostlarımız Şaxta Baba və sevimli nağıl qəhramanları ilə şəkillər də çəkdirmişdir.
25 – 30 Dekabr 2009 – cu il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasının Uşaq İnformasiya Mərkəzi – Kitab Satış Mağazasında
Şaxta Babadan Hədiyyə
başlığı altında kompaniya təşkil olunmuşdur. Belə ki, mağazadan 20 manatlıq kitab alan hər bir alıcıya Şaxta Baba Yeni il hədiyyəsi təqdim etdi.
12 Noyabr Konstitusiya Günü
12 Noyabr 2009 – cu il tarixinidə M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında
1995 – ci il 12 Noyabr Kontitusiya gününə
həsr olunmuş dəyirmi masa arxasında icmal keçirildi. İcmalda 1 saylı və 49 saylı orta məktəbin şagirdləri, valideynlər, M. Seyidzadə adına M. Ş. U. Kitabxanasının direktor və kollektivi iştirak etmişdir. İcmalda Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Kitabxananın direktoru Rəhilə xanım Rzayeva tədbiri açıq elan etdi. Sonra Kiçik rus şöbəsinin müdiri Ş. Məmmədova Respublikamızın əsas qanunu olan 12 Noyabr Konstitusiya gününün mahiyyəti, məzmunu, vəzifələri və əsas maddələri haqqında məruzə etdi.
Gözəl bahar, tez gəl, bahar
17 Mart 2009- cu il tarixində M, Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında
“Gözəl bahar, tez gəl, bahar...”
adlı ədəbi – bədii gecə keçirilmişdir. Ədəbi – bədii gecədə kitabxananın direktoru və kitabxana işçiləri, eləcə də 29 saylı körpələr evi – uşaq bağçasının direktoru Zamfira xanım, müəllim heyəti, bağça uşaqları və valideynlər, 1 saylı orta məktəbin VI və VII sinif şagirdləri iştirak etmişdir. Tədbirin aparıcısı Novruzun qədim tarixindən, adət-ənənəsindən, Novruz haqqında yaranmış əfsanə və rəvayətlərdən danışaraq ədəbi – bədii gecəni açıq elan etdi. Sonra tədbir uşaq bağçası uşaqlarının ifasında Novruza həsr olunmuş şənliklə davam etdi. 1 saylı orta məktəbin VI sinif şagirdləri Novruz çərşənbələri haqqında maraqlı məlumat verdilər. VII a sinif şagirdləri isə Kosa –Kosa oyununu təqdim etdi. Tədbirin sonunda kosa ilə keçəl uşaq bağçasının uşaqları arasında yarışmalar təşkil etdi. Yarışmanın qaliblərinə kitabxananın direktoru hədiyyələr təqdim etdi.
Unutmayaq bu tarixi !...
25 Fevral 2009 – cu il tarixində M. Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında Xocalı soyqrımının 17 – ci il dönümünə həsr olunmuş
“Unutmayaq bu tarixi !...”
adlı dəyirmi masa arxasında icmal keçirilmişdi. Tədbirdə kitabxananın direktoru və kollektivi ilə yanaşı 1 saylı orta məktəbin şagirdləri də iştirak etmişdir. İcmal Xocalı soyqrımında həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra tədbiri Rəhilə xanım Rzayeva açıq elan edərək tədbir iştirakçıları ilə “Xocalı faciəsini unutmayaq” mövzusunda müzakirələr apardı. Sonda Səminə Hidayətqızının “Qış nağılı” adlı hekayəsi əsasında hazırlanmış kiçik ssenarri icmal iştirakçılarına təqdim olundu.
Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi uğrunda xidmət etməkdir...
20 Fevral 2009 – cu il tarixində M. Seyidzasdə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 140 illiyinə həsr olunmuş
“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi uğrunda xidmət etməkdir...”
adlı ədəbi – bədii gecə keçirilmişdir. Gecədə Mədəniyyət və Turizam İdarəsinin sektor müdiri Cabbar müəllim, İcra Hakimiyyəti nümayəndəsi Pərvanə xanlm, yazıçı Qəşəm Nəcəfzadə, maarifçi Qənbər Hüseynli, 1 saylı orta məktəbin kitabxanaçısı Useynova Zemfira və həmin məktəbin VI – VII sinif şagirdləri iştirak etmişdir. Ədəbi – bədii gecəni kitabxanın direktoru Rəhilə xanım Rzayeva giriş sözü ilə açaraq C. Məmmədquluzadənin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan danışmışdır. Sonra
1 saylı orta məktəbin VII və VI sinif şagirdlərinin ifasında “Poçt qutusu” və “Saqqallı uşaq” hekayələri rus dilində qonaqlara təqdim olunmuşdur. Tədbirin sonunda kitabxananın hazırladığı hədiyyələr tədbir iştirakçılarına təqdim edilmişdir.
|
Kitabxananın tarixi
Tədbirlər
Elektron kitabxana
Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası
Teatrlarımızda
Bu gün satışda
Hədiyyəli viktorina
Ana Vətən - Azərbaycan
Əlaqə
|