|
Ana Vətən - Azərbaycan
Azərbaycan coğrafi addır. Bu ad bir tərəfdən bu ərazidə eradan çox-çox əvvəl yaşayan əhalinin əksəriyyətinin atəşpərəst olması ilə bağlıdır. Yəni bu ərazidə yaşayan əhali odu allah sayırdılar, oda tapınırdılar. "Azər" - od, atəş deməkdir. O biri tərəfdən, Azərbaycan ərazisində qədim zamanlarda türk soylu "Azər" sözündəndir. "Azər" - "az" və "ər" tərkibindən ibarətdir. Türk dillərində "az"ın yaxşı niyyət, uğurlu tale kimi anlamları var. "Azər" - yəni "ər kişi", "ər oğlu", "od qoruyan" deməkdir. Deməli "Azərbaycan" bu ərazidə yaşayan qədim türk dilli qəbilənin adından əmələ gəlmişdir.
Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Bu müxtəliflik ilk növbədə Azərbaycan ərazisinin mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşməsi ilə əlaqədardır.
İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələgəlməsinə böyük təsir göstərir.
Bu amillər birlikdə iqlimin əsas ünsürlərinin - temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir.
Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir.
Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir.
Azərbaycan ərazisi 4100-dən çox bitki çeşidlərinin vətənidir. Burada 200-dən artıq bitki yerli bitkilərdir və həmin bitki növlərini Azərbaycan və onunla qonşu olan əraziləri çıxmaq şərti ilə dünyanın başqa yerlərində onlara rastlaşmaq mümkün deyil. Misal üçün Elder şam ağacı, gözəlliyi ilə məşhur və yalnız Kür çayı ətrafında və Həştərxan yaxınlığında bitən Xəzər Lotosunun adlarını çəkmək mümkündür. Talış meşələrində yerli bitki növlərinə isə yalnız İranın şimalında rast gəlmək mümkündür. Azərbaycanda bitkilərin müxtəlifliyi təbiət tarixini dərin izlərini buraxır, bu eyni zamanda bir neçə floristik bölgələrin cəmləşməsi və hazırkı təbii şəraitin fərqliliyi ilə bağlıdır. Kür sahilindəki toqay meşələri, Araz və Alazan çayları da nadir sayılırlar: onlar yarımsəhra düzənliklərindən keçir və sel zamanı çay suları və yeraltı sularla qidalanırlar. Palıd, qovaq, göyrüş, söyüd və qoz ağaclı meşələr Gazaoğlan, Cirdahan, Babanlar, Varvaranın böyük bir hissəsini tutur və bundan əlavə həmin ağaclar torpaqları qoruyurlar.
Azərbaycan ərazisinin 10%-i dağ meşələrindən ibarətdir və həmin meşələr 600-700 m-1800 m-dək yüksəkliklərdə ucalır. Bu meşələr enliyarpaqlıdırlar və əsasən palıd, vələs, fıstıq, ağcaqayın və göyrüş ağaclarından ibarətdir. Dağ meşəlikləri suların və torpaqların qorunmasında mühüm əhəmiyyətlidir. Bundan əlavə hamin meşələr ovçuluq, istirahət və turizm nöqteyi-nəzərindən də cəlbedici sayılırlar. Lənkəranın enliyarpaqlı meşələri burada bitən ipək akasiyası, suda batmayan dəmir-ağacı kimi qədim relikt ağac növləri ilə fərqlənir. Azərbaycan florası xam maddə, ərzaq məhsulları və tikinti materialların mənbəyidir. Buraya təbabətdə istifadə olunan, vitaminlərlə zəngin yabanı meyvə və ot bitkiləri daxildir. Zaqatala meşə qoruğunda 1953-cü ildən jenşen bitkisi becərilir. Talış-Lənkəran bölgəsində isə tunq, feyxoa və dəfnə plantasiyaları vardır.
 |
Kitabxananın tarixi
Tədbirlər
Elektron kitabxana
Uşaq İnformasiya Mərkəzi – Kitab mağazası
Teatrlarımızda
Bu gün satışda
Hədiyyəli viktorina
Ana Vətən - Azərbaycan
Əlaqə
|